Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

Türkiyənin Kocaeli bölgəsində tikintidə işləyən 34 yaşlı Sinan Ulduz ehtiyatsızlıq səbəbindən 3-cü mərtəbədən yıxılıb.
Publika.az xəbər verir ki, dəmirlərin üzərinə düşən kişi ağır yaralanıb. 2 metrlik dəmir onun qarın hissəsindən girib, baş nahiyyəsindən, kəllə sümüyünün ön tərəfindən çıxıb. Hadisə yerinə gələn fövqalədə halların işçiləri dəmiri kəsib və kişini bədənində qalan dəmir parçası ilə xəstəxanaya aparıblar.
2 uşaq atası təcili olaraq Kocaeli Dövlət Xəstəxanasına çatdırılıb. Əməliyyatla dəmir çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu deyilib.

Загрузка...
Загрузка...