Tiflislə Kiyevə zərbə: Moskva planını reallaşdırır

Qondarma Krım Respublikasının rəhbəri Sergey Aksyonov separatçı Abxaziya rejimi ilə “İqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq haqqında” müqavilə imzalayıb.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə informasiyanı Aksyonovun mətbuat xidməti yayıb.
 Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz anneksiya olunub. Moskva bu yarımadanın heç vaxt Ukraynaya geri qaytarılmayacağını bəyan edib.
 Abxaziya isə 1991-ci ildə Gürcüstandan ayrılıb. Rusiya 2008-ci ildə Gürcüstanla savaşdan sonra Abxaziyanın müstəqilliyini tanıyıb və onunla müttəfiqlik haqqında müqavilə imzalayıb.