Tiflisə zirehli texnika yeridildi: Ölən var - Video/Yeniləndi

 
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) paytaxt Tiflisdə geniş anti-terror əməliyyatlarına başlayıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın mətbuat xidməti məlumat yayıb.
 
Əməliyyat keçirilən İsani-Samqor rayonunda sakinlər təxliyə edilib. Şahidlərin sözlərinə görə, rayonda güclü partlayış və silah səsləri eşidilir.
 
“Rustavi 2” telekanalı əməliyyatın terrorçuluqla əlaqəsi olan 2 əcnəbiyə qarşı aparıldığını açıqlayıb.
 
***
 
Gürcüstanın paytaxtı Tiflisə zirehli texnika yeridilib.
 
Teleqraf.com “Rustavi 2” telekanalına istinadla xəbər verir ki, şəhərdə dünən axşam saatlarında başlanan anti-terror əməliyyatı 16 saatdır davam edir.
 
Qeyri-rəsmi məlumatlara görə, əməliyyat zamanı 2 əcnəbi həbs edilib. Onların terror təşkilatları ilə əlaqəli olduğu deyilir. Şəhərdə məktəblər bağlanıb.
 
Əməliyyat bölgəsində yanğın baş verib. Məlumatlarda DTX əməkdaşlarından birinin öldüyü bildirilib.

Загрузка...
Загрузка...