Tiflis İrəvana yaxşı dərs verdi - Mütəxəssis rəyi

"Ermənistan prezidenti Serj Sərkisyan qorxdu".
Publika.az xəbər verir ki, Ermənistanla Gürcüstan arasında yeni səfirin təyinatı ilə bağlı yaranmış xoşagəlməz vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.
Qeyd edək ki, Serj Sərkisyan Ermənistanda məşhur olan siyasi analitik Sergey Minasyanı Gürcüstana səfir təyin etmək istəyirdi. Ancaq rəsmi Tiflis aqreman vermədi, bu təyinatın əleyhinə çıxdı.
Elxan Şahinoğlu qeyd edib ki, Tiflis bu təyinata qarşı iki arqumentlə çıxış edirdi: “Birinci arqumenti bu idi ki, Sergey Minasyan Gürcüstanda erməni separatçılarını dəstəkləyir, Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı ələ keçirməsinə haqq qazandırır. İkinci arqument də sadə idi: Minasyan rusiyapərəstdir.
Bu iki arqumentin qarşısında separatçı prezident Serj Sərkisyan təslim olmaq məcburiyyətində qaldı və o, Minasyanı Ermənistan üçün vacib ölkə olan Gürcüstana deyil, Rumıniyaya səfir təyin etdi. Ermənilər deyir ki, Minasyan Buxaretsdə turist qismində olacaq, çünki Ermənistanla Rumıniya arasındakı münasibətlər sıfır səviyyəsindədir”.
Ekspert qeyd edib ki, bu, İrəvana yaxşı dərs oldu: “Separatçılarla ya hərbi güclə, ya da qapının ağzına qoymaqla danışmaq lazımdır”.

Загрузка...
Загрузка...