Tiflis erməniləri Moskvanın təsirindən çıxarır

 
 

 
    
 
Gürcüstan Samsxe-Cavaxetiyadakı ermənilərin Rusiya televiziyalarının təsirindən qorumaq üçün yeni rusdilli televiziya yaradacaq.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “Mtisambebi.ge” saytı yayıb. Yeni televiziyanın TOK TV adlanacağı bildirilib. Sayt yeni televiziyanın gürcü dilini bilməyən ermənilər üçün alternativ təşkil edəcəyini qeyd edib:
 
“Samsxe-Cavaxetiyadakı ermənilərin 80%-i gürcü dilini bilmir. Bölgədəki dağ kəndlərində xüsusilə gürcü dilində bilənlərin sayı azdır. Buna görə də əhalinin böyük hissəsi rus və erməni televiziyalarına baxır. TOK TV onlar üçün alternativ informasiya mənbəyi olacaq”.
 
Qeyd edək ki, Gürcüstandakı son hesablamalara əsasən, ölkədəki ermənilərin 40%-i Rusiya televiziyalarını izləyir. Ermənilərin ən çox izlədiyi rus televiziyaları “Birinci kanal” və NTV-dir. Gürcü televiziyalarını izləyən ermənilər isə Samsxe-Cavaxetiya əhalisinin 10%-ni təşkil edir.
 
Cebhe.info

Загрузка...
Загрузка...