“Tezliklə su, benzin və digər yanacaq məhsulları da bahalaşacaq”

 
Tarif Şurası dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətlərini bahalaşdırıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, mövcud dərman vasitələrinin qiymətləri artırılıb.
 
Ölkədə 1 gündə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağın və dərman peraparatlarının qiymətində bahalaşmaya qərar verilib.
 
 
Qiymətlər nə qədər bahalaşıb?
 
Artıq əhali qazın hər 1 kubuna görə 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək. Başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək.
 
Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox – 11 qəpik ödəyəcəklər. Əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək.
 
Göründüyü kimi, illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır.
 
Qiymətlərin bahalaşması nə ilə əsaslandırılıb?
 
Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulması, xidmətin keyfiyyətinin artırılması, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. Eyni zamanda, təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın.
 
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində də sərmayə qoyuluşunu artırdığına görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik qaldırmağı təklif edib.
 
Tarif Şurası da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib.
 
Bu şirkətlərin əsaslandırmaları əsassızdır, çünki, qaz təchizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqlə elektrik enerjisi istehsalı və təchizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib.
 
Bu qərarın hansı bazarlara təsirləri ola bilər?
 
Bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq.
 
Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.
 
Dollar və qızıl qalxdı, avro endi –Mərkəzi Bank + CƏDVƏL
dollaravro
 
Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb.
 
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə xeyli qalxıb. Belə ki, 1 dollar 1,7246 manat civarında satılacaq.
 
Bu gün avronun rəsmi məzənnəsi isə enib. Belə ki, 1 avro 1,8278 manata dəyişdiriləcək. Qızıl da dollar kimi bahalaşıb.
 
Digər valyuta və qiymətli metalların qiyməti ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
 
29.11.2016 tarixdən etibarən
Valyuta  Kod Kurs       
1 ABŞ dolları USD        1.7246  
1 Avro    EUR 1.8278  
1 Avstraliya dolları      AUD       1.2894  
1 Argentina pesosu    ARS 0.1113  
1 Belarus rublu    BYN 0.877    
1 Braziliya rialı     BRL 0.5065  
1 BƏƏ dirhəmi     AED        0.4695  
1 Cənubi Afrika randı ZAR 0.1252  
100 Cənubi Korea vonu     KRW       0.1475  
1 Çexiya kronu     CZK 0.0676  
100 Çili pesosu    CLP 0.2551  
1 Çin yuanı    CNY 0.2502  
1 Danimarka kronu     DKK 0.2457  
1 Gürcü larisi        GEL 0.683    
1 Honq Konq dolları   HKD        0.2223  
1 Hindistan rupisi        INR 0.0251  
1 İngilis funt sterlinqi GBP        2.1383  
100 İndoneziya rupiası      IDR 0.0127  
100 İran rialı IRR  0.0049  
1 İsveç kronu        SEK 0.1872  
1 İsveçrə frankı    CHF 1.7006  
1 İsrail şekeli ILS   0.4491  
1 Kanada dolları  CAD        1.284    
1 Küveyt dinarı    KWD       5.6558  
1 Qazaxıstan tengəsi  KZT 0.0051  
1 Qırğız somu      KGS 0.0249  
100 Livan funtu   LBP 0.1145  
1 Malayziya rinqqiti    MYR       0.3864  
1 Meksika pesosu       MXN       0.0834  
1 Moldova leyi     MDL       0.0853  
1 Misir funtu        EGP 0.0972  
1 Norveç kronu    NOK        0.2014  
100 Özbək somu UZS 0.0547  
1 Polşa zlotası      PLN 0.4134  
1 Rusiya rublu      RUB        0.0266  
1 Sinqapur dolları        SGD        1.2099  
1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4598  
1 SDR (BVF-nun xüsusi borcalma hüquqları)        SDR 2.3313  
1 Türk lirəsi   TRY 0.5046  
1 Tayvan dolları   TWD       0.0543  
1 Tacik somonisi  TJS  0.2189  
1 Yeni türkmən manatı      TMT        0.4921  
1 Ukrayna qrivnası      UAH       0.0671  
100 Yapon yeni    JPY  1.5403  
1 Yeni Zelandiya dolları     NZD        1.2211  
Qızıl        XAU        2047.1002   
Gümüş   XAG        28.5939
Platin     XPT 1571.1106   
Palladium      XPD 1291.7254