​Terrorçuların quru hərəkatına qarşı SON ÇARƏSİ - Afrindən görüntülər - FOTO

 
Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı çərçivəsində Afrinə giriş əməliyyatları kritik mərhələsindədir.
Publika.az-ın məlumatına görə, TSQ və ASO hərəkat çərçivəsində terror təşkilatlarından təmizlənməsi hədəflənən və hakim təpələri nişan alınan Afrin şəhər mərkəzinin şimalına 750 metr məsafədə dayanıb.
Afrin şəhər mərkəzində müqavimət göstərən terrorçular isə quru hərakatına qarşı son çarə olaraq xəndəklər qazır, torpaq sədlər çəkirlər. Binaların başında isə snayperçilər dayanır. TSQ və ASO raket hücumları təşkil edərək terrorçuların bu mövqelərini bombardman edir.
Zümrüd

Загрузка...
Загрузка...