TERRORÇULARIN "BEYİN KOMANDASI" ÇÖKDÜ

Baxış sayı: 
154

Turaninfo.org xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların axtarışda olanlar siyahısında adı olan, terror təşkilatının “beyin komandası”ndakı 89 nəfər terrorçunun son 16 ay ərzində zərərsizləşdirildiyini bildirib.

16 ay ərzində qırmızı siyahıdan 1, mavi siyahıdan 3, yaşıl siyahıdan 3, narıncı siyahıdan 2, boz siyahıdan isə 13 nəfər terrorçu yaxalanıb. Terrorçular təhlükəlilik dərəcələrinə görə siyahılara bölünüblər.

4 milyon lirə mükafat qoyulanların qırmızı siyahısı:

PKK-nın kadın təşkilatı olan “YJA Star”ın başçısı Hülya Eroğlu, Şırnak-Dereler bölgəsində,

qondarma Erzurum rəhbəriKemal Garzan kod adlı Medeni Sayılgan Tuncelidə,

Hakurk əyaləti fəalı Agiri Mazlum Pirdoğan kod adlı Birdal Burhanlı Hakurk-Kani Rash bölgəsində zərərsizləşdirilib.

1.5 milyon mükafat qoyulan mavi siyahı:

Mardin əyaləti “rəhbəri” Salih Kaplan Mardində,

Gap-Rıha “rəhbəri” Şerif Başboğa Mardində,

Ferhat kod adlı Necmettin Kutum Hatayda, Amanos Dağlarında öldürülüblər.
Hurriyyet.org

Загрузка...
Загрузка...