Terrorçular hava limanına necə giriblər? - Baş nazir açıqladı

 
İstanbulun Atatürk hava limanında baş verən terror aktından sonra hamını düşündürən əsas suallardan biri terrorçuların mühafizə olunan hava limanına necə daxil olmasıdır. Türkiyənin baş naziri Binali Yıldırım terrorçuların hava limanına necə daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, intiharçı-terrorçular hava limanına avtomatdan atəş aça-aça giriblər.
 
Binali Yıldırım bildirib ki, hava limanlarında baş verən qanlı hadisə hazırkı təhlükəsizlik tədbirlərinin yetərli olmadığını göstərib. O, hava limanlarında və digər strateji obyektlərdə təhlükəsizlik əməkdaşlarının sayının artırılacağını deyib.
 
Baş nazirin sözlərinə görə, partlayış çox böyük olduğundan, terrorçuların şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. O, dəqiq məlumatların iki gün ərzində ictimaiyyətə çatdırılacağına ümid etdiyini bildirib.