​Terrorçular belə məhv edildi - Video

 
Türkiyənin Ordu vilayətində dünən gecə saatlarında həyata keçirilən əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.
 
Axar.az xəbər verir ki, Qalınpınardan Məsudiyyəyə keçməyə çalışan PKK-çılara “təslim ol” çağırışı edilib. Lakin terrorçular buna atəşlə cavab verib. Belə olan halda türk əsgəri zirehli texnikadan atəş açaraq terrorçuları məhv edib.
 
Terrorçuların məhv edilməsi anbaan zirehli texnikanın kamerasına düşüb.