Terrorçu Nacim Laaşrauinin qardaşı Belçika millisini təmsil edən idmançı imiş

29 yaşlı qardaşı Murad dünya çempionatının medalçısı imiş.
Brüssel hava limanı partlayışdan sonra
Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanana Nacim Laaşrauinin qardaşı Belçika millisini təmsil edən idmançı imiş.
24 yaşlı Nacimin 29 yaşlı qardaşı Murad tekvandoda Belçikanı təmsil etmiş və medallar almış bir idmançıdır.
ANS PRESS-in məlumatına görə, bu barədə İngiltərəninin “Daily Mail” qəzeti bildirib. Qəzetin xəbərinə görə, 24 yaşlı Nacimin 29 yaşlı qardaşı Murad tekvandoda Belçikanı təmsil etmiş və medallar almış bir idmançıdır.
“Daily Mail”in yazdığına görə, Murad radikal düşüncələrinə görə qardaşı ilə əlaqələri kəsib. Murad keçən il Cənubi Koreyada keçirilmiş dünya çempionatında 54 kilo çəkidə gümüş medal qazanıb.

Terrorçu Nacimin qardaşı tekvandoçu Murad (sağda)
Həmçinin Nacimin Mərakeş əsilli ailəsi də oğlunun fanatik fikirlərindən və qanlı terror hücumunda iştirak etməsindən utanj duyduqlarını bildiriblər. Brüssel terrorundan sonra atasının polisə verdiyi məlumata görə, ailənin altınjı uşağı olan Nacim bomba düzəltməklə məşğul imiş. Ata oğlundan üç ildir ki, xəbərsiz olduğunu bildirib.
Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nacim Laaşraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir. O, Anderlext əyalətində saxlanılıb.
Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.

Terror aktını törədən Xalid və İbrahim Bakraui qardaşları
Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

Partlayışın baş verdiyi yer