Terrorçu kürdlərə dəstək verən müsəlman ermənilər azadlıqda... - Türkiyədə...

 
 
Oktyabr ayında Türkiyənin Advin şəhərində həbs edilmiş “PKK” meyilli HDP-nin  Hopa ilçə şöbəsinin başqanı Cəmil Çiçək və xanımı - Əzilənlərin Sosialist Partiyası fəalı Nurcan Vayiç Aksu sərbəst  buraxılıb.
 
Moderator.az bu haqda Türkiyə KİV-ə istinadla xəbər yayıb.
 
Xəbərdə xatırladılır ki, cütlük sosial mediada hazırda “PKK” terrorçularına dəstək və Türkiyə dövlətini və xalqını aşağılamasına görə həbsdə olan HDP başqanı Selaheddin Demirtaşla bağlı müsbət təbliğat aparmaları səbəbindən “cinayəti və cinayətkarı təbliğetmə” ittihamıyla həbs edilmişdilər. Məhkəmədə cütlüyün vəkilinin tələbi ilə onlar zaminə buraxılıblar.
 
Xatırladaq ki, Cəmil Çiçək və Nurcan Vayiç  “hemşin”, yaxud “amşen” adlanan, Osmanlı dönəmindən əksəriyyəti İslamı qəbul etmiş ermənilərdən hesab olunurlar.
 
Sultan Laçın

Загрузка...
Загрузка...