Terim gəldi, “Beşiktaş” Ardaya sahib çıxdı - FOTO

Baxış sayı: 
279

 
4-cü dəfə “Qalatasaray” klubuna səs-küylü şəkildə baş məşqçi təyin edilən Fatih Terimin gəlişi uzun müddətdir özünə yeni klub axtaran Arda Turanın "sarı-qırmızılılar"a transfer şansını sıfıra endirib.
Publika.az xəbər verir ki, Fatih Terimlə milli komandada oynadığı zaman yaaşdığı gərginlik Ardanı keçmiş komandasından bir az da uzaq salıb.
Son günlərdə adı “Arsenal”, “Milan” kimi komandalarla çəkilən 30 yaşlı futbolçuya isə “Beşiktaş” sahib çıxıb.
Belə ki, F.Terimin gecə verdiyi “Qalatasaray” elanından sonra "Beşiktaş"lılar futbolçunun "İnstaqram" səhifəsində paylaşdığı fotonun altına “Come to Beşiktaş” sloqanı ilə axın ediblər. Fotoya bir neçə saat ərzində minlərlə şərh gəlib.
Hazırda son söz olaraq Arda Turanın “Beşiktaş”a transfer olunmaq istəyib-istəməyəcəyi gözlənilir.
Qeyd edək ki, Arda keçən həftə Londonda klubun prezidenti Fikrət Ormanla görüşmüşdü.
Zümrüd

Загрузка...
Загрузка...