Temirxan: “Lalə Şövkət Bakıdadır, ancaq...”

Baxış sayı: 
177

 
2017-ci il Azərbaycan müxalifətinin inteqrasiya ili olmadı. Bu il müxalifət bir qədər də zəiflədi və ya zəiflədildi.
 
Bunu Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan müxalifətin 2017-ci il fəaliyyətinin yekunlarını Teleqraf.com-a şərh edərkən deyib.
 
Onun fikrincə, müxalifətin zəifləməsi və daxili inteqrasiyaya getməməsinin bir günahı da müxalifətin özündədir:
 
“Əlbəttə, buna müxalifət düşərgəsinin rəqibi də təsir edir. Müxalifət partiyaları 2017-ci ildə bir-birinə yaxınlaşmadı. Bu reallıqdır”.
 
ALP sədri qeyd edib ki, onlar 1998-ci ildən sonra əksər qüvvələrlə əməkdaşlıq edib:
 
“Bu proses 2013-cü ilə qədər davam edib. Ancaq ortada uğur olmayıb. ALP 2013-cü ildən sonra müxalifətdaxili inteqrasiya prosesində nə iştirak edib, nə də təşəbbüskar olub. Biz təkbaşına fəaliyyətə üstünlük veririk”.
 
Əvəz Temirxan qeyd edib ki, ALP lideri Lalə Şövkət Bakıdadır, ümumi fəaliyyətə nəzarət edir, lakin mətbuatda görünmək niyyətində deyil.
 
Partiya sədri Lalə Şövkət Hacıyevanın seçkilərdə namizəd olub-olmayacağı haqqında qərar verilmədiyini bildirib:
 
“Bu haqda bir söz deyə bilmərəm”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...