Telman İsmayılovun qardaşı həbs olundu (YENİLƏNDİ)

 
 
“Life.ru” saytı yazır ki, istintaqın versiyasına görə, biznesmenlərin öldürülməsinin səbəbi Rafiq İsmayılovun Vladimir Savkinə verməli olan 5,5 milyon dollar olub.
Publika.az xəbər verir ki, onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından isə əldə olunan 10 milyon dolları Rafiq İsmayılov özünə götürüb. Amma pulun 5,5 milyon dolları Vladimir Savkinə çatmalı idi.
***
İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.
R. İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib. Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.
“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. M. Kərimov iş adamları ilə söhbət edərkən R. İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R. İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyib.
Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V. Savkin və Y. Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M. Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M. Kərimov qətldən öncə bir neçə dəfə R. İsmayılova zəng edib. O da müəyyənləşib ki, R. İsmayılovla V. Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R. İsmayılov bütün pulu özünə götürüb. “O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
Məhkəmə R. İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb. (apa)
***
Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.
"Dni.ru" saytı xəbər verir ki, o, iki iş adamının qətlində günahkar bilinir.
İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
İsmayılov hadisədə günahkar olmadığını bəyan edib.
 
Rusiya İstintaq Komitəsinin versiyasına görə, biznesmenlərin qətlə yetirilməsinə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub. “Lublino Motors”-un rəhbəri isə təsadüf nəticəsində öldürülüb.
 
İsttintaq sübut edib ki, Rafiq İsmayılov qətlin törədildiyi yerə killer Mehman Kərimovu gətirib. Telman İsmayılovun qardaşı killerlə görüşə, biznesmenin öldürüldüyü yerə öz oğlu Raul İsmayılovun “Mercedes”-ində gedib.
 
Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.