Telman İsmayılova ağır zərbə: 1,4 milyard dollarlıq “Mardan Palace” bağlandı

 
Dünyanın ən lüks oteli seçilən və 1,4 milyard dollara başa gələn Antalyadakı “Mardan Palace” hoteli rezervasiyanı dayandırıb.
 
“A24.az”ın əldə etdiyi məlumata görə, “Mardan Palace” hotelinə zəng edildiyi zaman “Təsisatımız bağlı olduğu üçün rezervasiya ala bilmirik” cavabı verilir. Otelin baş direktoru Selçuk Şentepe isə rezervasiyaların qəbul edilməsinin bir həftə ərzində dayandırıldığını qeyd edib.
 
Selçuk Şentepe işçi heyətinin də  işdən çıxarılması ilə bağlı irəli sürülən iddiaların doğru məlumat olmadığını, hələ də oteldə 670 nəfərin işlədiyini, hətta oteldə müştərinin olduğunu da bildirib.
 
Qeyd edək ki, Antalyanın Kundu bölgəsində Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara tikilən və “Turizmin Oskarları” olaraq adlandırılan, “World Travel Awards 2010”cu ildə “Dünyanın ən lüks oteli” seçilən “Mardan Palace” Hotel borclarına görə çətin günlər yaşayır.
 
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun sahibi olduğu “AST 1989 Group”un Türkiyədəki ən əhəmiyyətli turizm sektoru  “Mardan Palace” hoteli 180 min kv.metr sahədə salınıb. Tikilməsi üçün 10 min kv.metr qızıl, 500 min kristaldan istifadə olunub. Otel İstanbulun tarixi memarlığından təsirlənərək inşa edilib.
 
Firuzə Alimova / MTM

Загрузка...
Загрузка...