Telman İsmayılov Rusiyaya meydan oxudu: “Əlimdə kompramantlar var”

Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov siyasi sığınacaq almaq xahişi ilə Fransa hakimiyyətinə müraciət edib.
Publika.az xəbər verir ki, bu haqda “Teleqram-kanal Mash” məlumat yayıb.
Qeyd edilir ki, biznesmen Provansda məskən salmağı planlaşdırır.
Məlumata görə, İsmayılov fransız xüsusi xidmət orqanları ilə söhbət zamanı onda Rusiyanın bütün güc strukturlarının rəhbərləri ilə bağlı kompramantların olduğunu bildirib. Sığınacaq barədə müraciətin müsbət cavablandırılacağı halda, o, bütün informasiyaları Fransaya verəcəyini deyib.
Qeyd edək ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də Telman İsmayılov barəsində qiyabi həbs qərarı çıxarıb. O, beynəlxalq axtarışa verilib. Biznesmenə iki və daha çox şəxsin qətlində iştirakla bağlı ittiham təqdim edilib.
Ömər

Загрузка...
Загрузка...