Teleməkanda növbəti şok - Zaurun da efirdə biabırçı videosu var

 
 
Əməkdar jurnalist adı almış teleaparıcı Zaur Baxşəliyevin də verilişinin ifşaedici kadrları yayımlana bilər
 
Tərəfdar.az-ın yaydığı məlumata görə, ATV telekanalının tanınmış aparıcısının bundan əvvəlki “Ümid var” və indi efirə gedən “Bizimləsən” proqramlarının rüsvayçı kadrarxası videoları əldə olunub.
 
İddialara görə, Zaurun verilişdə hansı qurama və teatrlaşdırılmış ssenarilər hazırladığı həmin pərdəarxası kadrlarda öz əksini tapıb.
 
Mənbə qeyd edir ki, hazırda həmin görüntülərin də yayımlanması üçün araşdırma aparılır. Bundan əvvəl dəfələrlə canlı yayımda qarşıdurmalar olub, müxtəlif rüsvayçı hadisələr işıqlandırılıb.
 
Milli Teleradio Şurası (MTRŞ) Zaurun bir neçə verilişini bağlayıb. Amma teleaparıcı yenə də yolunu tapıb və verilişlərinə “əl gəzdirərək” yenidən efirə çıxıb.
Məlumatda bildirilir ki, Xoşqədəm Hidayətqızının verilişinin ardınca Zaur Baxşəliyevin də “vurulması” prosesi başlana bilər.
 
Xoşqədəmin videosunu yayan şəxslərin əlində Zaurun da videolarının olduğu iddia edilir. Bu şəxslərin Zaurun da bitirilməsi üçün video yayacağı istisna edilmir.
Onların əməkdar jurnalist adı almasından sonra ifşa edilməsində maraqlı olan tərəflər var. Ümumiyyətlə, hər iki teleaparıcının proqramlarından ciddi şəkildə narazılıq olub.
 
Bu tənqidlər rəsmilərin də, ziyalıların da, yazarların da dilindən səslənib. Amma yenə də xalqın problemləri üstündə şou quran və reytinq toplamağa çalışan telekanallar bu verilişlərin yayımını dayandırmır.
 
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişində ekspert kimi iştirak edən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov qalmaqallı video ilə bağlı açıqlama verib.
 
Onun sözlərinə görə, bu işin arxasında ATV telekanalıdır: “Çünki onların möhkəm davası olmuşdu. Düzü səbəbini bilmirəm, bilsəm sizinlə bölüşərdim.
 
Xoşqədəm Hidayətqızına “əməkdar jurnalist” adı verilib deyə, ondan qisas alırlar. Ayıbdır, azərbaycanlılığa sığmır belə şeylər. Biz özümzə düşmən kəsilməməliyik. Bu, Azərbaycan xalqına yaraşmayan şeydir”.