Telefonunuzu 30 saniyəlik bağlayıb-açın - GÖRÜN NƏ OLUR - FOTOLAR

Ayfonunuzun son zamanlar xeyli yavaşıdığını düşünürsünüzsə, atacağınız bir neçə sadə addım var. Telefonunuzu 2-3 gündən bir bağlayıb açmaq da lazımdır. Görün nə işə yarayır?
Publika.az etməniz gərəkən 12 vacib hərəkəti təqdim edir:
 
 
Köhnə fotolardan xilas olun - Yüzlərlə foto telefonunuzda saxlamaq əvəzinə bu fotoları iphoto ilə arxivləyin və ya icloud ilə internetə qeyd edin. Beləliklə lazımsız fotolardan xilas olarsınız.
 
 
Lazımsız tətbiqetmələri qaldırın - Bir zamanlar önəm verdiyiniz, ancaq daha sonra lazımsız olan tətbiqetmələri tək-tək qaldırın və beləliklə ayfonunuzun hafizəsində bir az çox yer açma şansı qazanın.
 
 
Köhnə mesajları silin - Mesajlarınızın sayı artdıqca telefonunuz da eyni dərəcədə yavaşlayacaq. Bu üzdən artıq ehtiyacınız olmayan mesajlardan xlas olun.
 
 
Ayfon veb skaneri Safarinin yaddaşını silərək də telefonu sürətləndirmək mümkündür. Zamanla dolub-daşan skaner yaddaşını təmizləmək üçün Ayarlar-Safari-Keçmişi Sil yolunu izləməyiniz yetərlidir.
 
 
Avtomatik yenilənmələri bağlayın. Daim arxa plandakı tətbiqləri yeniləməyə çalışan bu xüsusiyyət də telefonu ləngidir. Ayarlar-İtunes - Tətbiq mağazası - Avtomatik Yeniləmələr hissəsindəki butonu passiv edin.
 
 
Avtomatik yenilənmələr xüsusiyyətində olduğu kimi Avtomatik endirmə xüsusiyyəti də qapalı olmalıdır.
 
 
İstifadə etmədiyiniz tətbiqetmələri Home butonna cüt basaraq tək-tək bağlayın. Beləliklə lazımsız yerə arxa planda işləyən proqramlar telefonunuzu zəiflətməmiş olar.
 
 
Vayfay axtarıcı xüsusiyyət açıq olduğu müddət ərzində bağlı deyilsinizsə, telefonunuz daim bağlanacağı bir vayfay arayacaq; Bu həm enerjinizin daha sürətlə tükənməsinə səbəb olacaq, həm də telefonunuzu lazımsız yerə məşğul edəcək. Bu səbəblə Ayarlar-Wifi-Ağa Bağlanarkən Soruş hissəsindən bu xüsusiyyəti bağlı saxlamalısınız.
 
 
Ayfonunuzu ən azından 2 və ya 3 gündə bir bağlayıb yenidən açın.
 
 
Ən son yenilənmələri mütləq yükləyin, təqib edin. Köhnə varianta görə üsullar yeniləndikcə daha çox optimallaşır və daha sürətli çalışırlar.
 
 
Battery Doctor kimi üsullardan istifadə edin; Beləliklə, həm enerjinizi daha səmərəli istifadə edərək telefonunuzun doldurma ömrünü artıra, həm də telefonun yaddaşındakı qalıqları təmizləyərsiniz.

Загрузка...
Загрузка...