​Telefonun yanında yatmaq ziyanlıdır - XƏBƏRDARLIQ

 
    
 
Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar.
 
Report.az bildirir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.
 
"Telefonu yanında saxlamaq heç vaxt yaxşı ideya hesab edilmir", - deyə doktor Devra Devis qeyd edib.
 
Jurnalistlərin sözlərinə görə, mobil telefonların istehsalçılarının özləri faktiki olaraq bu avadanlığın sağlamlıq üçün təhlükəsini bilirlər. Və təlimatlarda onun haqqında xəbərdarlıq edirlər.
 
Mütəxəssisləri ən çox narahat edən odur ki, insanlar telefonda zəngli saatı quraşdırırlar və onu özlərinin yanına qoyurlar.
 
Cebhe.info

Загрузка...
Загрузка...