Teleaparıcı Trampın liftdə ona sataşmağından danışdı: "Məni öpməyə çalışdı"

 
 
Turaninfo.org  Page Six-ə istinadən xəbər verir ki, Fox News kanalının xəbərlər bölümünün aparıcısı Suliuet Naddi bildirib ki, ABŞ prezidenti Donald Trampın ona sataşıb.
 
Naddinin sözlərinə görə 2005-ci ildə Trampla liftdə bir yerdə olanda Tramp cəhd edib ki, onun dodaqlarından öpsün. Bu hadisə onlar Tramp Tover göydələnində birlikdə nahar edəndən sonra baş verib.
 
Naddi deyir ki, indiki prezidentin bu hərəkətini təhqir kimi qəbul etməsə də, o bu işdən çox təəccüblənib. Sonralar Tramp xanımın televerilişlərin birində auditoriyaya zarafatla deyib ki, aparıcı ilə gəzmək istəsə də, o buna məhəl qoymayıb.
 
“Hər şey qaydasında idi. Amma, bu qəribə bir an idi. O bundan sonra başqa bir cəhd etmədi və mən də onunla heç vaxt təklikdə qalmadım”-teleaparıcı deyib.
 
Nəşr yazır ki, aydın olmur ki, o vaxt Tramp evli olub, ya yox, belə ki, Naddi hadisənin dəqiq tarixini bilmədi.

Загрузка...
Загрузка...