​Təcili! Xalqla efirdən zarafat edən deputata töhmət verilib - Şok təfsilat - Video

 
 
Son günlər bəzi deputatlar xalqı qıcıqlandıran çıxışlar etməkdədir; Onlar cəmiyyətdən sərt təpki gəldiyini görəndə geri çəkilir, dediklərini inkar edir, jurnalistlərin üstünə yıxmaqla fikirlərinin təhrif olunduğunu açıqlayırlar...
 
Politika.Az-ın verdiyi xəbərə görə, növbəti belə deputat Hüseynbala Mirələmov oldu. O, ATV-yə açıqlamasında “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” demişdi
 
Bu fikirlər cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda, deputatın bu cür danışması çox pis qarşılandı. Ona görə də Mirələmov təkrar çıxış etməli oldu. Onun fikrincə, sözləri düzgün təqdim olunmayıb:
 
“Dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, "indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”.
 
Özü də bir neçə dəfə dedim ki, "bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.
 
Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib: "Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır.
 
Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Zarafatla dedim ki, "az yeyək, ayağımızı yorğanımıza görə uzadaq”.
 
Politika.Az xatırladır ki, telekanal deputata kadrları təqdim etməyə hazır olduunu vurğulayıb:
 
“Əgər Hüseynbala Mirələmov çox narahatdırsa, biz ona çəkilişin tam versiyasını verə bilərik. Özü dediklərinə baxsın”.
 
Göründüyü kimi, Mirələmov onun barəsində yazdıqlarımızdan və biznes fəaliyyətini ifşa etməyimizdən sonra fərqli açıqlama ilə səhvini ört-basdır etməyə çalışıb. Əvvəlcə bu sözü zarafatla dediyini, sonra həmin açıqlamadan imtina etdiyini söyləyir.
 
Əvvəla, onun açıqlamasını heç kim təhrif etməyib, çünki açıqlaması video sujetlə göstərilib. Qaldı ki, zarafat etməyinə başa düşmək olmur ki, bir deputat xalqla efirdən niyə zarafat etsin ki? Bunun məntiqi nədən ibarətdir?
 
Əhali bir tikə çörək üçün gecəsini gündüzünə qatır, deputatlar isə komfort şəraitdə oturub arxayın şəkildə insanların heysiyyatı ilə oynayır, əsəblərini tarıma çəkir, dövlətdən narazı salmaq üçün qıcıqlandıran çıxışlar edir, xalqı gah dolayır, gah da aşağılayırlar. Mirələmov doğulduğu Lerikə səfər edib əhalinin dərd-sərinə şərik olsa, seçildiyi rayondakı seçicilərinin problemlərinə ürək qızdırsa daha yaxşı olardı.
 
Politika.Az xəbər verir ki, bir çox deputatlar yeni fənd işlədir: əvvəlcə açıqlama verir, xalqın mövqeyini öyrənirlər. Əgər hansısa deputatın çıxışına xalq reaksiya verməyəndə, dərhal başlayırlar deputatın təklifinin icrasına.
 
Əgər ictimaiyyətin reaksiyası sərt olanda başlayırlar ki, “biz sözü ya zarafatla demişik”, ya da guya intervi alan jurnalist bunların sözlərini təhrif edib. Milli Məclisdə deputatlara aylıq 2000 manat əmək haqqı vermirlər ki, camaatla zarafatlaşsınlar.
 
Hara baxır spiker Oqtay Əsədov? Deputat Zahid Oruc bir kəlmə danışan kimi dərhal üstünə hücum çəkir, amma bunlar milləti təhqir edir, aşağılayır, reaksiya vermir. Sanki bu deputatlara kimsə bu cür danışmağı sifariş verib ki, xalqı hakimiyyətə qarşı qaldırsınlar.
 
Kimisi xalqa soğan əkməyi tövsiyyə edir, kimisi bahalaşmaya haqq verir, kimisi müavinətləri kəsməyə çağırır. Bunlar millətin zərərinə olan təkliflərlə çıxış edən millət vəkilləridir.
 
Qarabağ əlillərinə, şəhid ailələrinə güzəştlərin verilməsinə qarşı çıxan deputat çox yaxşı bilir ki, bu insanlar çətin durumda yaşayır.
 
Məcburi köçkünlərə verilən statusun ləğv olunmasını tələb edən deputat yaxşı bilir ki, işğal altında olan rayonların əksər əhalisi yol kənarlarında öz hesablarına palçıqdan daxması tikib qalırlar.
 
Əhaliyə ayağını yorğanına görə uzatmağı tövsiyyə edənlər yaxşı bilirlər ki, əhali ya kasıbçılıqdan ya da xəstəsinə görə yorğanı da qamayıb.
 
Xalqa az yeməyi tələb edən deputat da yaxşı bilir ki, əhali işsizlikdən, yoxsulluqla yaşadığından bir qarın ac, bir qarın tox yatır.
 
Politika.Az-ın əldə etdiyi son xəbərə görə, bu deputata töhmət verilib və yuxarı dairələr tərəfindən danlanıb. Ona xəbərdarlıq edilib ki, fikirlərini korrekt etsin. Mirələmovun narazılıq yaradan çıxışını təqdim edirik:

Загрузка...
Загрузка...