TƏCİLİ! Pensiyalar 215 dollar olacaq

 
Rusiyada 2017-ci ildə pensiyanın orta məbləği indeksləşdirməni nəzərə alaraq təxminən 13,7 min rubl (təxminən 215 dollar) təşkil edəcək.
 
Sonxeber.az bildirir ki, bu haqda Təqaüd Fondunun başçısı Anton Drozdov bildirib.
 
Onun sözlərinə görə, pensiyaların məbləği 2017-2019-cu illərdə yalnız inflyasiya üzrə indeksləşdiriləcək. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin iyulunda Rusiyada pensiyaların orta məbləği 12,4 min rubla (təxminən 195 dollar) bərabər idi.
 
Avqustun sonunda hökumət açıqlayıb ki, bu il pensiyaların ikinci indeksləşdirilməsi birdəfəlik ödəmə ilə əvəz ediləcək. 2017-ci ilin yanvarda bütün təqaüdçülərə əlavə 5 min rubl (təxminən 80 dollar) ödəniləcək. Bu, büdcəyə təxminən 220 milyard rubla (təxminən 3,4 milyard dollar) başa gələcək.