​Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

RT telekanalının əməkdaşlar Bağdadda sığınacaqların birində ehtimala görə valideynləri İŞİD tərəfindən döyüşən iki azərbaycanlı uşaq tapıblar.
İki yaşlı Xədicə və üç yaşlı Abdulla özləri haqqında heç nə deyə bilmirlər. Amma danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.
"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təlafərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir - red.) göndərmişdi", – deyə telekanalın əməkdaşı "Sputnik Azərbaycan"a bildirib.
 
Onun təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır" suallarına isə Abdulla başını yelləyərək, "bilmirəm" cavabı verib.
Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…
Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. "Sputnik Azərbaycan" bu uşaqları və ya qohumlarını tanıyanlardan [email protected], [email protected] ünvanlarına, eləcə də, "Sputnik Azərbaycan"ın "Facebook" (və ya bu) ünvanlarına, habelə redaksiyanın saytda göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.
Biz bu uşaqları xilas edə, ölkəmizə gətirib doğmalarına təhvil verə, yaxud da öz ölkəmizdəki uşaq evlərində böyümələrinə kömək edə bilərik!
 

Загрузка...
Загрузка...