Təcili! İnterpol iki rektoru Bakıya təhvil verir - ÖZƏL

 
 
İnterpol tərəfindən axtarışa verilmiş iki rektor barəsində araşdırmalar aktiv fazaya qədəm qoyur
 
Politika.Az-a daxil olan özəl məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları İnterpola əməliyyat-axtarış tədbirlərində dəstək verir.
 
Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev və “Təfəkkür” universitetinin Kiyevdə rektoru olmuş Riyad Əliyevin həbs olunaraq təhvil verilməsi prosesi başlanır.
 
Məlumatlı mənbənin bilgilərinə görə, hər iki şəxs dələduzluq əməllərinə görə ittiham olunur. Onlar Avropada sığınacaq alaraq gizləniblər. Üstəlik, sosial şəbəkələrdə Azərbaycanın dövlət rəhbərliyi əleyhinə təhqiramiz fikirlər yayırlar.
 
Qaynağımız qeyd edir ki, hər iki sabiq rektorun tutulması istiqamətində hərəkətlənmə var. E.Abdullayev Fransa, R.Əliyev isə Almaniyada yerləşib.
 
Onlar özlərini siyasi mühacir kimi sırımağa çalışıb. Lakin hər iki şəxsin əməlindəki cinayət tərkibi ilə bağlı Azərbaycan prokurorluğunda istintaq aparılıb. Keçmiş rektorların həbsi ilə bağlı prosesin getdiyi deyilir. Bu günlərdə R.Əliyevin qardaşı Renat Əliyev də həbs olunub.
 
2014-cü ilin 30 avqustunda Riyad Əliyev əvvəlcə Macarıstana, ordan da Almaniyaya qaçır. Burada isə, o, özünü siyasi qaçqın kimi qələmə verə bilir. Əlbəttə, sonradan istintaq qaçaq fırıldaqçının təqsirini tam sübuta yetirir.
 
Lakin bu qaçış ədaləti qeyri-müəyyən vaxta təxirə salır. 2013-cü ilin 23 fevralından Riyad Əliyev axtarışdadır. Bir müddət əvvəl isə o, həmçinin İnterpol tərəfindən də axtarılır.