TƏCİLİ!!! GENERAL ÜSYAN ETDİ: "Bizdən o torpaqları erməni ala bilməzdi, ruslar aldı."

 
Uzun illər 3 mühüm dövlət qurumunda yüksək vəzifədə şərəfli xidmət yolu keçmək hər kəsə nəsb olmur. III dərəcəli dövlət ədliyyə müşaviri, respublikanın əməkdar hüquqşünası Akif Rəfiyev məhz belə nadir insanlardandır. General hazırda təqaüddə olsa da əməyi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu gün Binəqədi rayon Ağsaqqallar şurasının sədri vəzifəsində çalışan hüquqşünas eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoq kimi fəaliyyət göstərir.
 
 
 
Akif müəllimlə iş otağında görüşdük. Bizimlə xatirələrini bölüşən general bildirdi ki, 9 dəfə sürgün həyatı yaşayan böyük Rəfibəylilər nəslindəndir:
“Mənim babalarım Azərbaycan Demokratik Cümhuriyyətinin hökumətini Gəncəyə gətirənlərdən, bunun təşəbbüskarlarından olub. Həmçinin, onlar Nuru Paşanı ölkəyə gətirən nəsillərdən biridir, o, bizim Gəncədəki evimizdə olub. Bizim Cavad xanla, Nəsib bəy Yusifbəyli ilə, Xasməmmədovgillə qohumluğumuz var. Biz həmişə onlardan qız almışıq”.
 
 
General Yenicag.az-a sağalmaz yaramız olan Qarabağla bağlı xatirələrini də danışdı:
“İlk dəfə erməni faşizmi ifadəsini mətbuatda mən demişəm, həmçinin rusların bunlara kömək etməsi faktlarını da açıq söyləmişəm. Bizdən o torpaqları erməni ala bilməzdi, ruslar aldı. Bu gün isə ordumuzun böyük imkanları var. Aprel döyüşləri göstərdi ki, torpaqlarımızı azad edəcək
vətənpərvər, qorxmaz hərbçilərimiz yetişib”.
TƏCİLİ!!! GENERAL ÜSYAN ETDİ: "Bizdən o torpaqları erməni ala bilməzdi, ruslar aldı."
Kəlbəcərə vertolyotla ilk dəfə mən uçmuşam
 
 
Həmsöhbətimiz deyir ki, Kəlbəcər və Laçına ilk dəfə vertolyotu o aparıb:
“O vaxt Azərbaycan aviasiyası mənə kömək etdi. Özü də Daxili İşlər Nazirliyinin elə bir imkanı, vəsaiti də yox idi deyə, vertolyotu icarəyə götürə bilmirdik. O vaxt bizə kömək edən adamlara öz minnətdarlığımı bildirirəm, o cümlədən ”Azenerji”nin sədri Müslüm İmanova. Onda hökumət telefonu ilə zəng etdim, dedim ki, Laçın və Kəlbəcərə uçmaq olmur, imkan varsa, bizə yardım edin, vertolyotun icarəhaqqını vermək lazımdır. Dedi, gözüm üstə. Təsəvvür edin ki, o vaxt 60 min – bu, böyük məbləğ idi – pul verdi. Biz o vertolyotu götürüb, camaatı ora-bura daşıdıq. Ermənilər Əsgəran yolunu kəsmişdilər. 20 noyabr hadisəsi ərəfəsində yol bağlanmışdı və biz Əsgərandan keçib, Dağlıq Qarabağa gedə bilmirdik. Yalnız Ağdamda dayana bilirdik, qərargahımız oradaydı. Bundan sonrakı fəaliyyətimiz, əlaqələrimiz isə vertolyot vasitəsilə həyata keçirildi. İkinci yolumuz isə Gəncə-Toğana- Murov istiqamətində idi. Gəncədən Kəlbəcərə vertolyotla 19 dəqiqəyə uçurduq, maşınla isə o yolu 4 saata gedirdim. Murovun bəri tərəfi sıldırım qayalar, digər tərəfi isə çəmənlik, gözoxşayan ərazilər idi. Orda bir “besedka” tikmək ən böyük arzum idim; ancaq alınmadı. Ümid edirəm ki, tezliklə, bizim qeyrətli oğullarımızın sayəsində o arzuma çatacam. Hətta yazıb qoymuşam ki, məndən sonra kim oxusa, bilsin ki, belə bir arzu ilə yaşamışam”.
 
 
Qarakənd səmasındakı faciə….
 
 
Akif müəllimlə 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd faciəsindən də danışdıq. General deyir ki, Qarakənd səmasında vurulan vertolyotla o da uçub: “O vaxt mərhum Zülfü Hacıyevin ictimai əsaslar üzrə müavini idim və əsas vəzifədə qala-qala hərəmiz 10 gün bu vəzifədə çalışırdıq. Naftalanın icra başçısı Qurban Namazəliyev isə məndən qabaq bu postdaydı. Noyabrın 18-də mənə zəng etdi ki, ”Akif, gəl götür postu”. Dedim, yox, mən 20-sində gələcəyəm, sən istəyirsənsə, çıx gəl Bakıya. Dedi, yox gəlmirəm. Ağdama hamımız bir yerdə uçduq. Çatan kimi oturdum işləməyə. Zülfüyə dedim ki, gəl, dislokasiyanı mənə öyrət. Onda Ağdam Rayon İcraiyyə Komitəsində oturub işləyirdik. İcraiyyə Komitəsinin sədri isə rəhmətlik Xuraman Abbasova idi. Baxmayaraq ki, mən daxili işlər nazirinin müavini vəzifəsindən təqaüdə göndərilmişdim, ancaq yenə də məndən əl çəkmirdilər ki, “sən Qarabağı yaxşı tanıyırsan”. O zaman vertolyot mənim sərəncamımda idi. Həmin vertolyotda bir gün əvvəl mən uçub, Ağdama gəlmişdim. Noyabrın 20-də Daxili Qoşunların zabiti Jenkin vardı, onu da çağırdılar, hərbi vertolyotla Qarakəndə getdilər və böyük faciə baş verdi. O general da, həmçinin, Dağlıq Qarabağın daxili işlər idarəsinin rəisi Kovalyov da onların içərisində həlak oldu. Bu hadisəni kim törədib, hüquqşünas kimi konkret deyə bilmərəm. Ancaq subyektiv fikrim budur ki, onu ermənilər vurub”.
Çaykəndin boşaldılmasında daxili işlər naziri Məhəmməd Əsədovun xüsusi xidməti olub
 
 
Məşhur Çaykəndi əməliyyatından danışan general onu da deyir ki, bu əməliyyatın uğurlu alınmasında daxili işlər naziri Məhəmməd Əsədov və Polyaniçkonun xüsusi xidməti olub: “Bəzən Polyaniçkonu tənqid edirlər, amma bu, düzgün münasibət deyil. O, bir sıra hallarda azərbaycanlıların olduğu yerdə müşavirələr keçirirdi, məni də dəvət edirdi və adi qaydada salamlaşırdı. Ancaq Dağlıq Qarabağa, Xankəndinə uçanda isə – onda Dağlıq Qarabağın komendantı Safonov idi – Polyaniçko bütün ermənilərin içərisində məni qucaqlayıb öpürdi. Bunun böyük əhəmiyyəti vardı, ermənilərə ciddi psixoloji təzyiq göstərirdi ki, “mən azərbaycanlılarla bir yerdəyəm”. Həmişə mənə deyirdi ki, sən niyə tək gəlirsən, qoy Azərbaycanın bütün rəhbər şəxsləri bura gəlsin. Məncə, biz hamımız Qarabağa, Xankəndinə getsəydik, vəziyyət başqa cür olardı.
 
 
Qaynarxett.az

Загрузка...
Загрузка...