​Təcavüzkar sərbəst buraxıldı, qız intihar etdi

 
Türkiyənin Zonquldak vilayətində 15 yaşlı G.D-yə təcavüz edən 42 yaşlı A.K sərbəst buraxıldığı üçün zərərçəkən itihara cəhd edib.
 
Teleqraf.com xəbər verir ki, ona təcavüz edənin sərbəst buraxıldığını eşidən qız dərman ataraq intihara cəhd edib.
 
İddianaməyə görə, 42 yaşlı kişi qonşusunun qızını nahar etmək bəhanəsilə evə çağırıb. Qız evə girən kimi kişi qapının arxasını bağlayıb və onu rəqs etməyə məcbur edib. Qız telefonla rəfiqəsinə zəng edərək kömək istəyib. Qızın rəfiqəsinin gələcəyindən duyuq düşən kişi onu sərbəst buraxıb. Qız baş verənləri müəlliminə anladıb.
 
A.K həbs edilsə də, məhkəmədə o, sərbəst buraxılıb.