​Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

 
Amerikalı müğənni Teylor Svift bütün sosial şəbəkə hesablarını dondurub.
 
Publika.az xarici mediaya istinadən bildirir ki, 250 milyondan çox izləyicisi ilə vidalaşmayan ifaçı Facebook, Tvitter, İnstaqram hesablarını səssiz-sədasız dondurub. Bunu Teylorun depressiyada olması ilə əlaqələndirirlər.
 
Belə ki, bir müddət əvvəl Svift müğənni David Müller tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirmiş və məhkəməyə müraciət edərək təzminat davasını qazanmışdı. Baş verənlərin Teyloru stressə saldığı deyilir.

Загрузка...
Загрузка...