​“Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə...” - İLGİNC DİALOQ

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin düzəlməsindən sonra ilk dəfə bu ölkənin "Kanal 2" televiziyasına müsahibə verib.
 
Turaninfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Uvda” ("Hadisə") proqramının məşhur aparıcısı İlana Dayan-Orbaç müsahibənin qısa bir hissəsini özünün Tvitter səhifəsində paylaşıb.
 
İsrailli araşdırmaçı "Sizə çətin suallar vermək azadlığımdan yararlanmaq istəyirəm" replikasına Türkiyə prezidenti belə cavab verib: "Bu ana qədər sorduqlarınız asanıydımı? Burda sən Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə, məni sıxışdıra bilməzsən..." 
 
Veriliş bazar ertəsi efirə gedəcək.

Загрузка...
Загрузка...