Tatlısəsin referendum görüntüsü saxta çıxdı – Foto

Baxış sayı: 
220
0  
0  

 
Türkiyənin kürd əsilli məşhur müğənnisi İbrahim Tatlısəsin sentyabrın 25-də baş tutan İraq Kürdüstanının mustəqillik referendumunda səs verməsinə dair yayılan məlumatın və fotoların saxta olduğu üzə çıxıb.
 
Teleqraf.com-un araşdırmasına görə, sözügedən fotolar bu il aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum zamanı çəkilib. Türkiyənin “Milliyyət” qəzetinin saytında 16 aprel 2017-ci il saat 12:44-də yerləşdirilən yazı və fotolardan bunu aydın görmək olur. “İmperator” ləqəbli müğənni səs verərkən çəkilən fotolarını İnstaqram hesabında izləyiçiləri ilə paylaşaraq vətəndaşları səsvermədə iştiraka çağırıb:
 
“Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq vəzifəmi yerinə yetirdim. Siz də vəzifənizi yerinə yetirin, rica edirəm. Sayğılar”.
 
Görünür, indi hansısa qüvvələr kürdlərin referendumunun daha çox dəstəkçisi olduğunu, o cümlədən məşhur insanların da dəstəklədiyini göstərmək üçün fotoşopla həmin fotonun üzərinə kürdlərə aid simvol yerləşdiriblər.
 
Onu da bildirək ki, yayılan xəbərdə İ.Tatlısəsın Türkiyə ilə yanaşı, kürd muxtariyyətinin də vətəndaşlığını daşıdığı qeyd olunurdu. Bildirilirdi ki, o, təxminən 10 il öncə muxtariyyətin vətəndaşlığını qəbul edib. Müğənninin kürd muxtariyyətində böyük biznesinin olduğu da yayaılan xəbərdə öz əksini tapıb.
 
Həmin referendum zamanı çəkilən fotoları təqdim edirik.
 
Müəllif: Səxavət

Загрузка...
Загрузка...