​Tarkanla Murad Boz qız üstdə dava edib

 
 
Türkiyənin iki tanınmış müğənnisi – Tarkan və Murad Boz arasındakı soyuqluğun səbəbi məlum olub.
 
Axar.az xəbər verir ki, Tarkanla 6 il onun vokalçısı olmuş Murad Bozun bir qadına görə küsülü olduqları üzə çıxıb. Məlumata görə, Tarkan keçmiş nişanlısı Bilgə Öztürklə Murad Boz arasında olan sevgi münasibətindən xəbər tutduqdan sonra onunla əlaqəni kəsib.
 
Murad Boz dəfələrlə Tarkanla barışmağa cəhd etsə də, bütün cəhdləri nəticəsiz qalıb.