“Tarixini bilməyən xalq amneziyaya düçar olan insan kimidir”

İsa Qəmbər: “Belə millətlər digər millətlərin əlində oyuncaq olur”
 
 
“Tarixini bilməyən xalq amneziyaya düçar olan insan kimidir. Belə millətlər başqa millətlərin əlindən oyuncağa çevrilir”.
 
Moderator.az xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib. İ.Qəmbərin sözlərinə görə, tarix öz keçmişini unudan xaqları cəzalandırır və onu digər xaqların oyuncağına çevirir:
 
“Bu günü düzgün dəyərləndirmək üçün keçmişi bilmək, gələcəyi daha doğru görmək üçün isə keçmişi bilmək, habelə bu günü doğru təhlil etmək lazımdır. Hansı millət ki, öz tarixini bilmir, hansı millət ki, öz tarixindən xəbərsizdir, onun doğru yol, doğru istiqamət seçməsi mümkün deyil. Odur ki, xalqın öz tarixini bilməsi, bu tarixə sahib çıxması zəruridir”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...