Tarixin ən qəribə anaları – Hamilə olan kişi, 69 uşağı olan qadın..

Baxış sayı: 
180
0  
0  

Hər kəs üçün öz anası əzizdir, onun ətri əvəzedilməzdir.
Onların fədakarlıqlarının əvəzi ödənməz. Dünya üzərində elə analar var ki, fərqli xüsusiyyətləri ilə tarixə düşməyi də bacarıblar. Kimi 5 yaşında ana olub, kimi 70… Kimi 8 uşağı birdən dünyaya gətirib, kimi də 69 övlad sahibi olub.
Minval.info tarixin ən  maraqlı anaları barədə məlumat verir:
Dünyanın ən qısa anası
 
Dünyanın ən bəsdəboy anası Steysi Herald 70 santimetrdir. O, 3 sağlam uşaq dünyaya gətirib və həkiminin sözlərinə görə, dünyaya gətirdiyi uşaqlar ananın çəkisinin yarısı qədər olub.
Dünyanın ən gənc anası
5 yaşında ilk uşağını dünyaya gətirən Lina Media ən gənc ana adını alaraq “Ginnesin Rekordlar Kitabı”-na düşüb. Linada “puberte prekoks” adı verilən bir xəstəlik aşkar edilib, bu xəstəlik qız uşaqlarında 8 yaşından əvvəl cinsi orqanların yetişməsi və erkən yeniyetməliyi təsbit edir. 1939-cu ildə Linda qarnının şişməsi nəticəsində həkimə aparılıb və hamilə olduğu üzə çıxıb. Dünyaya gətirdiyi oğluna doğuş həkiminin – Gerardo adını qoyub. 5 yaşlı körpənin kimdən hamilə qaldığı isə polisin araşdırmalarına baxmayaraq heç vaxt aşkar edilməyib. Gerardo 10 yaşın çatana qədər anasını bacısı zənn edib.
 
Ən çox övlada sahib ana
“Ginnesin Rekordlar Kitabı”-na görə, 1707-1782-ci illərdə Rusiyada yaşamış bir qadın ən az nə çox 69 uşaq dünyaya gətirib.
 
Ən çox uşaq dünyaya gətirən daşıyıcı ana
Karol Horlok 13 il ərzində 12 uşağın daşıyıcı anası olub. Hər uşaq üçün 25-25 min dollar pul alan Horlok bu işi sevdiyi üçün etdiyini deyib: İlk dəfə hamilə qalanda bunu bir də edəcəyimi düşünmürdüm, amma sonra əyləncəli olmağa başladı”.
 
İki övladı arasında ən çox yaş fərqi olan ana
Elizabet Butleni fərqləndirən onun iki övlanın doğuş tarixləri arasındakı uzun müddətdir. Onun ilk uşağı 1956-cı ildə, ikincisi isə düz 41 il sonra – 1997-ci ildə dünyaya gəlib.
 
Ekiz sahibi olan ən yaşlı ana
Hindistanlı Omkari Panvar 70 yaşında biri qız, biri oğlan ekizlərini qucağına alaraq dünyanın ən yaşlı ekiz anası adını alıb.
 
İlk dəfə səkkiz uşağı birdən dünyaya gətirən ana
 
Amerikalı Nadya Denis 2009-cu ildə süni mayalandırma nəticəsində hamilə qalıb. Körpə arzusunda olan Nadya birdən-birə səkkiz uşağının dünyaya gələcəyi xəbəri ilə qarşıq hislər yaşayıb. Nadya 8 uşaq anası olmağının üzərindən bir neçə il keçəndən sonra bu dəfə də 6 uşaq dünyaya gətirib. Sovet dövründə yaşasa Nadya qəhrəman ana adına tam layiq olardı.
Uşaq dünyaya gətirən ilk kişi
 
İlk dəfə hamilə qalıb, uşaq dünyaya gətirən kişi kimi tarixə düşən Tomas Beati əslində qadın olaraq doğulub. Daha sonra cinsiyyət dəyişmək əməliyyatı keçirib və kişi olub. Evləndiyi qadın Nansi sonsuz olduğu üçün, Tomas özü uşaq uşaq dünyaya gətirmək qərarına gəlib.

Загрузка...
Загрузка...