​Tarixin ən mübahisəli mükafatlandırılması…

 
Bob Dilan artıq bir neçə dəfə Nobel mükafatının lonq-listində yer almışdır. Amma heç kəs məhz onun 2016-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı alacağını gözləmirdi. Namizədlər arasında Haruki Murakaminin, Filip Rotanın və Adonisanın da adı çəkilirdi. Ancaq niyəsə mükafat Dilana qismət oldu.
 
Sülh mükafatının ayrı-ayrı illərdəki sahiblərini xatırlayaq. Barak Obama və Albert Qor. Onlar dünyaya çoxmu sülh gətirdilər, bu, ayrı sualdır.
 
Qayıdaq ədəbiyyat üzrə Nobel mükafatlarına. Ayrı-ayrı illərdə nobelçi şairlərə baxaq: Uilyam Yeyts, Tomas Eliot, İosif Brodski və onların siyahısına Bob Dilan da əlavə olundu...
 
Bəli, onun gözəl mətnləri var və o, gözəl musiqiçidir. (onun bu günə kimi 12 “Qremmi” mükafatı var). Amma Pol Makkartni və Mik Caqqerin də sayısız mükafatları və musiqi dünyasına tövhələri var. Onlar da “yeni poetik ifadələr" yaradıblar.
Nobel mükafatlarının getdikcə laureatların və adi insanların gözündə öz nüfuzunu itirməsi aydın məsələdir. Maraqlıdır, 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını kim alacaq? Bu dəfə az qala dünyanın bütün mahnıların müəllifini siyahıya daxil etməli olacaqlar. Ledi Qaqadan tutmuş Serqey Şnurova kimi...