"Tarix boyu İslamın qoruyucusu və bu günə gəlib çıxmasında əsas rolu Türklər oynayıb"

Baxış sayı: 
160

 
 
Qüds böhranı bir daha göstərdi ki, İslam dünyasının lideri ərəb dünyasında deyil, Türk dünyasındadır. Sizcə bu böhran Türkiyənin güclənməsinə, yoxsa Qərb dünyası tərəfindən təklənməsinə gətirib çıxaracaq? Belə anlaşılır ki, Ərdoğanın açıq kartla Qərbə meydan oxuması 2019-cu il seçkilərinə damğasını vuracaq. Yəni Qərb çox güman ki, Ərdoğanın sandıqdan çıxmamasına milyardlarını əsirgəməyəcək. Sizcə Ərdoğana belə bir real təhlükə varmı?
 
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bildirib ki, bu olay Türkiyənin daxili siyasətinə şübhəsiz, təsir edəcək:
 
"O fikirdəyəm ki, və tarixdə də bu təsdiqini tapıb ki, İslamın qoruyucusu və bu günə gəlib çıxmasında əsas rolu Türklər oynayıb. Neçə - neçə səlib yürüşlərini qarşısına Türklər çıxıb, qanlı savaşlar verib, müqəddəs torpaqları qoruyub. İndi də belə bir vəziyyət yarananda Türkiyə sinəsini qabağa verdi. Ən qəribəsi odur ki, Türkiyəyə dəstək vermək əvəzinə son vaxtlar ərəb rəsmilərindən Türkiyəyə hücumlar olur. Onlardan biri Mədinəni ingilislərə təslim etməyən Fəxrəddin paşanın oğru adlandırılması idi. Əlbəttə, onun cavabını böyük Türk tarixçisi  İlbər Ortaylı verdi, Ərdoğan da yaxşı dedi ki, mənim əcdadım bunu edib, bəs sənin əcdadın nə etdi? Xəyanətlər müxtəlif səviyyələrdə dilə gətirildi, mətbuat bütün bunları ortaya qoydu. Bu da bir dərsdir. Qüds məsələsində önə çıxan gözləntilərdən biri ABŞ prezidentinin naşılığının təsdiq olunmasının ortaya çıxmasıydı və şübhəsiz onun siyasi taleyi bununla da sona çatdı. Onəmli məsələlərdən biri də Türkiyənin bu bölgədə söz sahibi olmasının bir daha təsdiq olunması oldu. Bu olay Türkiyənin daxili siyasətinə şübhəsiz, təsir edəcəkdir.  Prezident seçkilərinə hələ çox var. İndidən bu məsələnin nə dərəcədə seçimlərə təsiri olacağını söymək olmaz. Amma bir lider kimi cəmiyyət Ərdoğanın qalib alqısını artırdı. Şübhəsiz ki, Qərb ölkələri Türkiyəni zəiflətmək üçün əllərindən gələni edirlər. Bunlar bilinən gerçəklərdir, Türkiyə dövləti bunların fərqindədir, inanıram ki, qarşıdakı illərdə tədbirlərini də alacaqdır".

Загрузка...
Загрузка...