​Tarın Akanın stuluna çiçəklər düzüldü – foto

 
Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən türk aktyor Tarık Akan bu sabah vəfat edib.
 
Axşam.az Türkiyə mətuatına istinadən xəbər verir ki, xəbəri eşidən sənətçilər T.Akanın Bodrumdakı evinə axışıblar.
 
Tanınmış simalar aktyorun evinin aktyorun evinin qarşısındakı stula güllər qoyublar və dualar ediblər.
 
66 yaşlı aktyorun cənazəsi bazar günü Teşfikiyə məscidində qılınacaq namazdan sonra Bakırköy ailə məzarlığında dəfn ediləcək.
 
Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.