​Tarif Şurası daha bir kommunal xidməti bahalaşdırıb?

 
Tarif Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişikliklər edib.
 
Azərbaycan 24 xəbər verir ki, “Sputnik Azərbaycan” agentliyi tərəfindən yayılan məlumata əsasən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.
 
Agentlik yazır ki, daha öncə bu qiymətlər müvafiq olaraq 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.
 
Yeni tariflər 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
 
Xəbərdə bu qərar noyabrın 28-də verilsə də, Şuranın saytına həmin gün yerləşdirilmədiyi iddia olunur.
 
Qeyd edək ki, xəbər yayımlanandıqdan sonra geniş müzakirəyə səbəb olub. Əksəriyyət bu tariflərin yeni olmadığını bildirib.
 
 “Azərbaycan 24″ün məsələ ilə bağlı araşdırması da informasiyanın yeni olmadığını aşkara çıxarıb. Belə ki, sözügüdən tariflər 2016-cı ilin mayından qüvvədədir.

Загрузка...
Загрузка...