Tansu Çillərdən Gülən –Açıqlaması

 
Türkiyənin sabiq baş naziri Tansu Çillər Fətullah Gülənlə əlaqəsi olmadığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, xanım siyasətçi yazılı açıqlamasında son günlər mətbuatda yayılan xəbərlərin əsassız olduğunu deyib:
 
“Son günlərdə bəzi mətbuat orqanlarında baş nazir olduğum dövrdə Gülən camaatının dövlət içində yayılmasına göz yumduğum anlamına gələn məlumatlar yayılıb. Baş nazir vəzifəsində çalışdığım dövrdə paralel dövlətə heç bir şəkildə isti münasibət olmayıb. Bu çərçivədə Gülən camaatına yaxın bəzi müdavimlərin qorunması məqsədi ilə baş qərargah rəisindən nəsə istəməyimlə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir.
 
Ayrıca, Ali Hərbi Şura toplantılarında verilən qərarlara tərəfimdən hər hansı bir şərh verilməyib”.
 
Xatırladaq ki, Türkiyə mətbuatında 1993-1996-cı illərdə baş nazir olan Tansu Çillərin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilib. Xanım siyasətçinin Gülən camaatına yaxın “Bank Asiya” və digər tədbirlərdə iştirakı müəyyən şübhələrə yol açıb.