"Tanrı Türkiyəni İsrailin "çomağ"ından qorusun"

Baxış sayı: 
153

"İsrail dövlətinin 69 illik müasir tarixində dövlətin Ali ordeni ilə müsəlman aləmindən yalnız Ərdoğan təltif edilib"
 
 
Pisləşmə dövürnü yaşayan Türkiyə-İsrail münasibətlərinə Ərdoğanın bu günlərdə səsləndirdiyi "İsrail terrorçu dövlətdir" damğası növbəti zərbəsini vurdu. Amma politoloq Şahin Cəfərli siyasi müstəvidə gərginliyin eskalasiyasına baxmayaraq Ankara-Təl-Əviv iqtisadi münasibətlərində hər şeyin yaxşılığa doğru getdiyini rəqəmlərlə ifadə edərək baş verənlərin keçici olduğunu göstərib--- moderator.az/news/204143.html
 
Fikirlərini Moderator.az-la bölüşən politoloq Cümşüd Nuriyev də bu qənaətdədir ki, Türkiyə-İsrail münasibətləri sıx tellərlə bağlı olduğundan onları qopoarıb atmaq faktiki olaraq mümkünsüzdür:
 
"Türkiyə ilə İsrail arasındakı siyasi bağlar çox möhkəmdir. Birincisi, Osmanlı dövründə yəhudilər dövlətin "görən gözləri", "eşidən qulaqları" və "vuran əlləri" olub. İkincisi, I və II Dünya Müharibələri zamanı yəhudiləri Türkiyə qoruyub və sığınacaq verib. Yəhudulər nə yaxşılığı, nə də pisliyi yaddan çıxaran millət deyil. Üçüncüsü, İsrail dövlətinin 69 illik müasir tarixində dövlətin Ali ordeni ilə müsəlman aləmindən yalnız R.T.Ərdoğan təltif edilib. Məhz bu səbəblərdən də hal-hazırda Türkiyə ilə İsrail arasında siyasi münasibətlər kifayət qədər yaxşıdır. Bəzən razılaşdırılmış ssenariyə əsasən qarşılıqlı hücumlar olur, amma bu qarşıdurmaların siyasi nəticəsi olmur. Çünki Türkiyədə yəhudi lobbisinin dövlətə təsir imkanları kifayət qədər güclüdür. Nəzərə alsaq ki, bütün dünyanı idarə edən dərin dövlətin başında yəhudilər durur, onda hər şey aydın olar.  
 
Türkiyə İsraillə münasibətlərini öz siyasi maraqları çərçivəsində, daha doğrusu, hakimiyyətin şəxsi maraqları çərçivəsində tənzimləyir. Uzun müddət ərzində ABŞ-ın strateji tərəfdarı olmaqla bərabər, Türkiyə həm də Amerikanın Yaxın Şərqdə və İslam dünyasında "siyasi çomağı" olub. Təəsüf ki, bu "siyasi çomağ" hələ də yararlıdır. Düzdür, indi ondan əks istiqamətdə də istifadə edilir, lakin zəifdir. Çünki çomağın ağır hissəsi Türkiyənin əlində olduğu üçün, yalnız onun tutacaq hissəsindən yararlana bilir. İsrail də bunu yaxşı bildiyinə görə, razılaşdırılmış ssenarilərdə iştirak edir. Ancaq imkan düşən kimi, çomağın ağır hissəsini Türkiyənin başına endirməyə çalışacaq. Tanrı Türkiyəni İsrailin "çomağ"ından qorusun".

Загрузка...
Загрузка...