Tanış olun: Qazın və işığın qiymətini qaldıranların - Siyahısı

 
 Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən - 28 noyabr tarixində verdiyi qərarla ölkə əhalisinə növbəti şok yaşatdı. İclasda təbii qaz, elektrik enerjisi və dərman vasitələrinin satış qiymətlərinə baxılaraq, onların qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı
 
Politika.Az modern.az-a istinadən Tarif Şurasının 2005-ci ildən bəri fəaliyyət göstərən tərkibini təqdim edir:
 
Tarif Şurasının sədri:
 
İqtisadi inkişaf naziri - Şahin Mustafayev
 
Şuranın üzvləri:
 
Maliyyə nazirinin müavini - Azər Bayramov
Vergilər nazirinin müavini - Sahir Məmmədxanov
Ədliyyə nazirinin müavini - Toğrul Musayev
Sənaye və energetika nazirinin müavini - Gülməmməd Cavadov
Nəqliyyat nazirinin müavini - Musa Pənahov
Rabitə və informasiya texnologiyaları nazirinin müavini - İltimas Məmmədov
Kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
Səhiyyə nazirinin müavini - Elsevər Ağayev
Təhsil nazirinin müavini - Ceyhun Bayramov
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – İdris İsayev
Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov