Tanınmış vəkillər üz-üzə gəldi-Q. MƏMMƏDOV: “ASLAN, SƏN NƏYİN PEŞİNDƏSƏN?”!!! VİDEO

Qurban MƏMMƏDOV: “Sizin bu çıxışınız həyatınızın ən qara ləkəsidir və bir hüquqşünasa yaraşmayan hərəkətdir.”

Aslan İSMAYILOV: “Bu çıxışı, həyatımın ən cəsarətli, dövlətçilik üçün faidalı çıxışı sayıram”

Hörmətli Aslan bəy! Sizə olan hörmətimdən dolayı, “dost dostun eyibini üzə deyər” prinsipini rəhbər tutaraq, bu statusunuz haqqında ayrıca məqalə yazıram. Burada isə qısaca deyim ki, Rəhim Qazıyevin bütün eyiblərinə, o vaxt tutduğu siyasi mövqeyin səhv olmasına baxmayaraq, Sizin bu çıxışınız həyatınızın ən qara ləkəsidir və bir hüquqşünasa yaraşmayan hərəkətdir. Məhkəmə hökmü olmadan kimisə hansısa cinayətdə ittiham etmək, xüsusilə də Vətənə xəyanətdə ittiham etmək, həm də bunu Parlament tribunasından, açıq efirdə etmək bir hüquqşünasa yaraşmaz. Xüsusilə də, nəzərə alsaq ki, sənin o vaxt dediklərin bu gün də qüvvədə olan məhkəmə hökmləri ilə təkzib edilib və ya öz təsdiqini tapmayıb. Dostum, qardaşım, səni bu addımları atmağa məcbur edən axı nədir belə? Həm də, artıq, milli faciəmizin əsasının məhz o qara günlərdə– 1993-cü ilin 04 iyunundan sonra qoyulduğu hamıya bəlli olduğu bir vaxtda, millətin it günündə olduğu bir vaxtda, dövlətçiliyin əldən getdiyi bir vaxtda, dövlət büdcəsinin “paket”lə dağıdıldığının açıq məhkəmə iclaslarında etiraf edildiyi bir vaxtda. Xahiş edirəm, təkcə “vicdanımdır” demə. Doğrudanmı sən hesab edirsən ki, bu gün bizim ən böyük problemimiz Rəhim Qazıyevdir? Təkcə, “mən səmimi olaraq belə düşünürəm” demə. Mən bunları burada deməyə də bilərəm, sənin bu statusunla bağlı yazdığım məqaləni yazmaya da bilərəm, çünki bu gün daha vacib mövzular var. Ancaq səni, həqiqətən, səmimi olaraq çox istədiyimdən, sənə və ailənə hörmətim olduğundan, xüsusilə də, sənin kimi şəxslərin mövqelərinin ictimai rəyə çox böyük xeyir və ya zərər vura biləcəyindən, susa bilmərəm. Dur, qardaşım, dostum, dayan, səhv yoldasan: bu gün Azərbaycan “paketlər”də tar-mar edilir, dövlət cinayətkar çətələrin əlində can verir, qız-gəlinlər….. sən nəyin peşindəsən.

 

Загрузка...
Загрузка...