​Tanınmış şairdən Lənkəranskiyə müdhiş sözlər - Dartışma

Tanınmış şair Şəhriyar Del Geraninin Rövşən Lənkəranski haqda sözləri böyük maraqla qarşılanıb
 
Turaninfoşaz Politika.Az istinadən xəbər verir ki, şairin məşhur avtoritetlə bağlı fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Son günlər sosial şəbəkələrdə və mətbuatda Lənkəranskinin izdihamlı dəfninə müxtəlif reaksiyalar var. İki qütbə bölünmüş cəmiyyət arasında fikir mübadiləsinə Del Gerani verdiyi cavabla möhür vurub. Onun çıxışı o dərəcədə rəğbətlə qarşılanıb ki bütün müzakirələrə son qoymuş olub.
 
Sitat: “Cənab Canıyevi Azərbaycanın böyük itkisi hesab edirəm. Və düşünürəm, nəinki həbsxananı, hətta allahın KPZ-sini 3-5 saatlıq belə görməyən, "səliqəli", ütülü, cırsəs, ağciyər, adi "Uçaskovı" qabağında tir-tir əsən, həqiqi oğruların murdar maliyyəsi hesabına çörək yeyən, bala başı saxlayan dördbucaqbaşlar o böyük şəxsiyyət haqqında söz demək hüququna malik deyillər. Bir gün həbsxananın ol müdhiş divarları arasına düşsəniz, ol zaman dərk edərsiniz hansı böyük kişi haqqında gəvəzələdiyinizi.
 
Bu uşaqlar hələ də başa düşmürlər ki, cinayət aləmində OĞRU nə deməkdir. Çox güman bunlar altşüurdakı öz misgin mahiyyətlərinə uyğun olaraq toyuq oğrusu, kontur oğrusu, at oğrusunu başa düşürlər. Dünya idarəçiliyində söz sahibi olan mafiya başqanlarını deyil.
 
Çox qəribədir, Günəş*i Dümbələş* oxuyan bu tip adamlar nədənsə ol möhtərəmin qabağına maygülü intellektual poza alıb çıxırlar. Guya Bəxtiyar bəy, Hikmət bəy, Rövşən bəy maarifçilik düşmənləridirlər. Şəbihiniz olsun!
 
Bu şəxsiyyətlər həmişə ədalətin, həqiqətin, azadlığın yanında olublar. Rəsulzadənin Novxanıdakı heykəlini Batya (Bəxtiyar) şəxsi hesabına qoydurub. Bir sıra həbsxanalarda kitabxanaların olması ideyasını Hikmət bəy reallaşdırıb.
 
Rusiyada, Türkiyədə təhsil alan onlarla tələbənin bütün maddi təlabatlarını Rövşən bəy qarşılayıb. Bunlar üzdə olan faktlardır. Yox e, ümumiyyətlə intellektin məsələyə nə dəxli var ay oğul? Əgər varsa, o zaman sizin intellektə nə dəxliniz var?
 
Əgər qanmırsınızsa. Ki, Rusiya-Türkiyə-Azərbaycan yaxınlaşması dünya üçün nə demək. Dünya siyasətində hansı proseslərin necə getdiyini. O zaman ol gözəlim susmaq lüksundan yararlanın.
 
Məhz bu yaxınlaşmaya kölgə salmaq üçün cinayət dünyasının azərbaycanlı kralı Canıyevi öldürmək ən uğurlu variant idi müəyyən dairələr üçün. Belə də oldu. Canıyev kriminal dünyasından deyil, dünya siyasətinin tərkib hissəsindən getdi.
 
Rövşən Canıyev öz böyük xarakteri ilə, yüksək intellektual, mənəvi, ruhani dünya görüşü ilə Azərbaycanın dünyadakı qeyri-leqal səfiri idi. Biz həm də səfirimizi itirmişik. Əl-əlbət ölkə xaricində yaşayan hər bir azərbaycanlı Canıyev boşluğunu öz dərisində uzun müddət hiss edəcəkdir. Ruhun şad olsun böyük kişi...”