Tanınmış jurnalist “NAR Mobile”ı biabır etdi – FOTO

 

 
Jurnalist Cəlalə Nəzəroğlu “Nar mobile”ı sərt tənqid edib. Onun sözlərinbə görə, özünün də bilmədiyi səbəblərdən dolayı balansından kontur silinib.
 
Missiya.Az xəbər verir ki, 4 aya jurnalistin balansından toplam olaraq 180 manatlıq kontur tədricən yoxa çıxıb.Bu barədə jurnalist özünün sosial şəbəkədəki hesabında məlumat yayıb.
 
“Nar abunəçisiyəm. Düz 4 aydır, mənim balansımdan hansısa “xidmətlərə” görə kontur silinirmiş, fərq etməmişəm. 4 aya toplam 140 manatlıq kontur silinib. Operatorla əlaqə saxlayandan sonra mənşəyi bəlli olmayan “xidmətlərin” provayderinə yönləndirildim və lütf edib məni qara siyahıya salmalarını xahiş etdim.
 
Deyir, biz bir dəfə abonentə mesaj göndəririk bununla bağlı. Əgər kimsə telefonu qurdalayıb hansısa sayta giribsə, istəmədən buna qoşulubsa və o gələn mesaj da silinibsə, demək gizlincə hər gün asta-asta konturları “yemək” olarmış. Nə yırtıcı yollarla pul qazanırlar”.

Загрузка...
Загрузка...