Tanınmış futbolçu təyyarə aldı

Madridin “Real” və Fransa millisinin hücumçusu Kərim Benzema özünə təyyarə alıb.
Turaninfo.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, futbolçu bu haqda özünün İnstagram sosial şəbəkəsində məluat yayıb.
Məlum olub ki, Benzema Gulfstream G200 Business Jet tipli təyyarəni əldə edib. Belə təyyarələrin dəyəri istehsaldan asılı olaraq orta hesabla 4 milyondan 20 milyon dollara qədərdir. Buna qədər dünya idmanının ulduzları olan futbolçular Kriştianu Ronaldu, Qaret Beyl, Neymar, Messi, Devid Bekhem, boksçu Floyd Meyvezer də şəxsi təyyarə alıblar.