Tanınmış astroloqdan Zərdüşt barəsində bilmədiyimiz və tam fərqli FAKTLAR

Baxış sayı: 
168
0  
0  

 
 
 
Tanınmış astroloq, “Qaroskop” qəzetinin baş redaktoru və təsisçisi Səbuhi Rəhimli Zərdüşt peyğəmbər və onun fikirlərinin təzahürü olan Avesta haqqında elmi dəlillərə əsaslanan fikirlər səsləndirib. Qeyd edək ki, bu fikirlər onun gələcəkdə çap olunacaq kitabında daha müfəssəl izah ediləcək.
 
Moderator.az Zərdüştə tam fərqli prizmadan yanaşmanı təmin edəcək həmin fikirləri diqqətə çatdırır:
 
“Zərdüşt ilk dəfə yazılı duaları öyrətdi, insanların qurban kəsilməsini dayandırdı, qadınla kişinin bərabərhüquqlu olmasını təmin etdi. İlk dəfə məhz o, bədbinlikdən, kasıbçılıqdan qurtulmağın yolunu göstərdi, bir Yaradan olduğunu, məhz Ona həmd etməyi izah etdi. Avesta nəğmələrində Zərdüşt tək Tanrıya sitayiş edən qədim ari dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və “xaum” ayının həyata keçirilməsinə qarşı çıxır. Zərdüşt deyirdi ki, istənilən kamil insan, Yaradanın və öz zəhmətilə çalışanın yanında aşağı pillədə durur. O, öz dövrünə qədər Allahla insanlar arasındakı ən nəhəng əlaqələndirici, elçi kimi tarixə düşüb. Peyğəmbər hər kəsə Yaradanın möcüzəsini – təbiəti, otları, buludları, heyvanları və digər saysız hazır nemətləri göstərib imana çağırırdı. Ona hamı inanırdı, onun hikməti qarşısında heç kim tab gətirə bilmirdi. Onun işığına tabe olurdular... Zərdüşt dünyanın ən qədim biliklər sistemini, əbədi dinin və ruhi elmlərin, tarixin hansı zamanındasa itirilmiş mədəniyyətin insanlara çatdırılmasına çalışır, Tanrı və yaradılış haqqında Ali Biliyin bərpasına can atırdı. Bu bilik ona Şəxsən Tanrının Özü tərəfindən verilmişdi”.
 
Hazıradı: Elmin Nuri

Загрузка...
Загрузка...