Tanınmış aktyorun səhhəti pisləşdi

Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyovun səhhətində problem yaranıb.
 ANS-in verdiyi məlumata görə, aktyor ürək xəstəliyindən şikayət edir.
 “Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - Məcnun Hacıbəyov bildirib.
 Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.