Tanınmış aktyor dünyasını dəyişdi

Türk kinosunun unudulmaz adlarından olan  Tanju Gürsu axşam saatlarında, tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı aktyorun ölümü ailəsi və sevənlərini yasa boğub.   Gürsu ilə bir çox filmdə rol alan Türkan Şoray sənət dostunun ölümündən kədərləndiyin bildirib. Onunla rol aldığı retro filmlərdən bir səhnənin fotosunu İnstaqramda bölüşən T.Şoray bunları qeyd edib:  “Çox sevdiyim Tanju Gürsunu itirdik, kədərim sonsuzdur. Flimləriylə həmişə yaşayacaq. “Buruk Acı”dan bir səhnə”.