Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Türkiyənin tanınmış aktrisası Oya Aydoğan ötən gecə təcili xəstəxanaya yerləşdirilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinə zamanı “Yeşilçam”ın məşhur ulduzlarından olan aktrisanın aorta damarında cırıq olduğu məlum olub. Həkimlərin dərhal müdaxilə etdiyi Aydoğan 10 saat əməliyyat olunub. Vəziyyəti ağır olan akrtisanın həyati təhlükəsi olduğu bildirilib.
Oya Aydoğanın səhhəti barədə ilk açıqlamanı  oğlu Gurur verib: “Anam gecə bir şeylər yeyərkən boğazına tıxanıb, onu çıxarmaq  üçün çalışarkən damarı zədələyib və damar çatlayıb.Əməliyyatdan sonra anamı reanimasiyaya yerləşdirəcəklər”.
Qeyd edək ki, aktrisanın səhhətinin pisləşdiyini eşidən dostları Orhan Gencebay, Nuri Alço və Bülent Ersoy dərhal xəstəxanaya gedib.