“Talk” TV-də yeni proqram: “Düşünürəmsə, varam" - Gülnarə İsrafilin təqdimatında

 

 
“Talk” TV-də yeni proqram: “Düşünürəmsə, varam" - Gülnarə İsrafilin təqdimatında“Düşünürəmsə varam” layihəsinin rəhbəri və tərtibatçısı Gülnarə İsrafilin təqdimatında "Talk" TV İnternet televiziyası yeni proqramın yayımına hazırlaşır.
 
Mediaxeberleri.az xəbər verir ki, layihənin məqsədi tanınmış və tanınmamış şəxslərin həyat və yaradıcılığını nümunəvi şəkildə göstərmək, onların əsərlərinin və düşücələrinin cəmiyyətə yararlı olmasını aşkarlamaqdır. Maraqlı və fərqli mövzulara giriş etməklə ədəbi, ictimai və sosial sahələri əhatə edən elmi, dini və ədəbi cərəyanların xidmətini cəmləyərək, ədəbiyyatın bütün sahələri əhatə etdiyini təsdiqləməkdir.
 
Xatırladaq ki, Gülnarə İsrafil “Torpaq adamlar” kitabının müəllifi, "Zərrələr" layihəsinin rəhbəri və tərtibatçısıdır.