Talibanın daha bir lideri öldürüldü

Taliban hərəkatının daha bir lideri öldürülüb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sinxua” agentliyi yayıb. Agentlik öldürülən şəxsin adının Molla Asmatulla olduğunu bildirib. O özünün iki cangüdəni ilə birgə qətlə yetirilib. Asmatulla Əfqanıstanın Qunduz vilayətinə nəzarət edən briqada komandiri olub.
 
Qeyd edək ki, son günlər Talibanın Əfqanıstanda aktivliyi artıb. Artıq terror təşkilatı ölkənin 30%-nə nəzarət edir.